![](https://azedu.az/uploads/news/2023/10/azedu.az_001-27.10.2023-1_520.jpg)
Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində icra olunan "İnklüziv qruplarda STEAM məşğələləri" layihəsinin təqdimat mərasimi keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, fərqli kateqoriya üzrə qalib gələn 55 nömrəli tam orta məktəbin müəllimi Ravil Abdullayev tərəfindən həyata keçirilən layihənin təqdimat mərasimində təhsil müəssisəsinin direktoru Yaqut Kərimli, STEAM üzrə mütəxəssis Sona Kərimova, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.
Tədbirdə layihə barədə qonaqlara ətraflı məlumat verilib. Bildirilib ki, lahiyənin əsas məqsədi məktəbin V-IX siniflərinin inklüziv qruplarındakı şagirdlər üçün STEAM təlimlərini təşkil etmək, onlarda bu sahə üzrə bilik və bacarıqları artırmaqdan ibarətdir. Layihə çərçivəsində şagirdlərə dərslər zamanı qarşılıqlı inteqrasiya yolu ilə öyrənmə texnologiyaları aşılanacaq. "Microbit.org" və "Tinkercad.com" platforması üzərindən mühəndislik, dizayn yaratmaq, lahiyələr hazırlamaq üzrə dərslər keçiriləcək.
Bundan əlavə, sağlamlıq imkanları məhdud uşaqların digər həmyaşıdları ilə birgə səmərəli vaxt keçirməsini təmin etmək və birgə öyrənmə imkanlarını yaratmaq "İnklüziv qruplarda STEAM məşğələləri" layihəsinin əsas hədəflərindəndir.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)