Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-05 12:28:00
Bağçalara vakant yerlərin siyahısı AÇIQLANIB

Xəbər verdiyimiz kimi, bu gündən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır.

 

AzEdu.az xəbər verir ki, Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi tərəfindən məktəbəqədər təhsil müəssisələrində mövcud olan tərbiyəçi-müəllim vəzifəsi üzrə vakant yerlərin siyahısı açıqlanıb.

 

Qeyd edək ki, yerli təhsili idarəetmə orqanları tərəfindən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsi üzrə test və müsahibə mərhələsində uğur qazanan namizədlərin şəxsi səhifələrində qeyd olunan faktiki yaşayış yeri və imtahan nəticəsinə uyğun vakansiyalara yerləşdirilməsi aparılacaq.