
2023-09-29 15:29:18
Təhsilə töhfə verən qadın - Qənirə Paşayeva
Qənirə Paşayeva 1975-ci il 24 mart tarixində, Tovuz rayonu Düz Qırıqlı kəndinə anadan olub. Orta təhsilini 1 sayılı Düz Qırıqlı kənd orta məktəbində alıb. Həmin məktəbdən məzun olduqdan sonra Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini daxil olub. Magistratura təhsilini isə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.
Qənirə Paşayeva həmçinin jurnalistika fəaliyyəti ilə məşğul olub. O, 1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışmışdır. 2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub. Həmçinin Qənirə xanım, Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatı idi. Bununla bərabər, Milli Məclisin Mədəniyyət komitəsinin sədri olub.
Jurnalist, deputat və komitə sədri kimi fəaliyyət göstərən Qənirə xanım, həm də gənclərin sevimlisi idi. O, təhsillə sıx əlaqədə olub, Azərbaycanın müxtəlif bölgələrində yerləşən bir çox orta və ali təhsil ocaqlarında görüşlər təşkil edir, öz tövsiyələrini şagird və tələbələrlə bölüşürdü. Qənirə Paşayeva gənclər arasında təhsilə daha böyük marağın yaradılması üçün bir çox layihələrdə də iştirak edirdi. Komitə sədri qadınların cəmiyyətdə rolunun artması, təhsili, məişət zorakılığı ilə mübarizənin dövlət siyasətində önəmli yer tutduğunu vurğulayır, ölkəmizdə bütün qadınların ali təhsilli, savadlı kadr olmasını dəstəkləyirdi.
Deputat gənc müəllimlər üçün təşkil olunan “İlin gənc müəllimi” layihəsində də iştirak edib. Belə yarışmaların ictimai fikirdə təhsilə, gənc nəsilə diqqətin artmasına, gənc istedadların üzə çıxarılmasına xidmət etdiyini, özəlliklə gənc müəllimlər üçün stimul olduğunu vurğulayırdı.
Qənirə Paşayevin vaxtsız ölümü bütün Azərbaycan xalqını kədərləndirdi. O, daima vətənə təmənnasız bağlı və böyük sevgi bəsləyən insan kimi yaddaşlarda qalacaq.
Bu bölməyə aid digər xəbərlər
Türkiyədə “Heydər Əliyev 100-cü il” şahmat turniri start götürüb
2023-12-10 16:25:00
Əsir hərbçilərimiz AZAD EDİLİR - RƏSMİ
2023-12-07 21:00:00
Məktəblərdə mobil telefondan istifadə qadağan olundu
2023-12-06 14:04:17
Mühəndislər məlumatların ötürülməsində rekord sürətə nail olublar
2023-12-06 09:28:00
“Ağ ölümə yox deyirik” mövzusunda maarifləndirmə tədbiri...
2023-12-05 14:44:00
İƏT-in turizm üzrə təhsil müəssisələrinin “Bakı Bəyannaməsi” qəbul edilib
2023-12-05 14:40:08
Gənc paracüdoçular iki gümüş medal qazandılar
2023-12-04 15:05:39
Akademik Kamal Abdullanın doğum günüdür
2023-12-04 11:45:43
BŞTİ-yə noyabrda 15 890 müraciət daxil olub
2023-12-04 10:20:06
Uşaqlarda aqressivliyə meyillilik - Psixoloqdan valideynlərə ÇAĞIRIŞ
2023-12-04 09:30:00
kitabı
ÇOX OXUNANLAR
5 Dekabr 2023, 10:05
Buraxılış və qəbul imtahanlarının tarixləri ilə bağlı DİM- dən AÇIQLAMA

4 Dekabr 2023, 14:13
Növbəti sertifikasiyada dəyişiklik olacaq? – Suallar və tərtibat...
_151.jpg)
6 Dekabr 2023, 15:53
Müəllimlər artıq sertifikasiyadan QORXMUR: “Həyəcan sevinclə əvəzlənib”
_838.jpg)
4 Dekabr 2023, 08:47
Daha bir rayonda məktəblilər qızılcaya yoluxdu

9 Dekabr 2023, 21:10
Sertifikasiyadan keçən müəllimlərin maaşı ARTIRILDI

7 Dekabr 2023, 15:23
Sertifikasiya: “Müəllimlərin uğursuz nəticələrini qabartmaq olmaz”

1 Dekabr 2023, 12:13
AzMİU müəlliminin layihəsi qalib oldu

8 Dekabr 2023, 15:20
18 yaşından çalışan “Fədakar müəllim”- “Elə bildilər ki, sinif yoldaşlarıyam”

FACEBOOK