Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-19 13:15:00
Müəllimlərin sertifikasiyada ən çox etdikləri SƏHVLƏR

Bu il keçirilən Azərbaycan dili, ədəbiyyat və ibtidai sinif müəllimlərinin sertifikasiya prosesi tam yekunlaşmaq üzərədir.

 

 

Bəs bu prosesdə müəllimlərin nəticələrini ümumi olaraq necə dəyərləndirmək olar? Təhsilverənlərin ən çox təkrarladıqları səhvlər nədən ibarət idi?

 

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Elçin Əfəndi müəllimlərin hansı mövzularda daha çox zəif olmağından və bu problemlərin yaranma səbəblərindən söz açıb:

 

 

“İlk növbədə onu nəzərə çatdırım ki, sertifikasiyanın keçirilməsi mühim bir prosesdir. Biz təhsildə yalnız keyfiyyətli, bilik və bacarıqları kifayət qədər yerində olan müvafiq pedaqoqların olmasının tərəfdarıyıq. Sertifikasiya müsabiqəsi bizim birbaşa bu istiqamətdəki istəklərimizə nail olmağa imkan verəcək.

 

Müəllimlərin builki sertifikatlaşdırılmasında buraxdıqları ən çox səhv kurikulum sualları ilə bağlı oldu. İbtidai sinif müəllimləri arasında köhnə qaydalarda ilişib qalmış xeyli təhsilverənin olduğunu gördük. Onlar kurikulum əsasında qurulmuş təhsilə yad idilər. Düşünürdülər ki, 6, 7 və 8-ci sinifə aid mövzular ibtidai təhsildə tətbiq olunmaz. Lakin hazırkı dövrümüzdə 5-6-cı siniflərdə keçirilən mövzular ibtidai siniflərə də tədris olunur. Ona görə də sertifikasiyada bu kimi mövzularda düşən sualları müəllimlər cavablandırmaqda çətinlik çəkirdilər. Bu da onu deməyə əsas verir ki, ibtidai sinif müəllimlərinin bir qismi yeni təhsil sisteminə olduqca uzaqdır”.

 

Ekspert gənc müəllimlərin də sertifikasiyada prosesində yol verdikləri səhvlərə diqqət çəkib:

 

“Kurikulumla bağlı məlumatı olan, təlimlərdə iştirak etmiş gən müəllimlərin etdikləri səhvlər isə öz ixtisaslarıyla bağlı müəyyən mövzularda zəif olmalarından irəli gəlir. Sertifikasiyadan yüksək nəticə toplamaq, həmçinin müvafiq keçid balını yığmaq istəyən müəllimlər mütləq həm öz ixtisasları ilə bağlı mövzuları, həm də kurikulumu yaxşı bilməlidirlər”.