Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-18 16:45:00
Tolik siyasətə gəlir: Türkiyədə ali təhsil alacaq

Xəbər verdiyimiz kimi, tanınmış prodüser və aparıcı Tarix Əliyev (Tolik ) tələbə adını qazanıb.

 

Belə ki, T.Əliyev İstanbul Universiteti "Siyasət bilimi və kamu yönetimi" fakültəsinin tələbəsi olub.

 

AzEdu.az-a danışan Tarix Əliyev ali məktəbdə oxumağa niyə gec qərar verdiyindən söz açıb :

 

“Mən 11 -ci sinifdən sonra ali təhsil almamışam. Əgər oxusaydım da, jurnalistika,  ya da başqa bir sahəni seçəcəyimi düşünmürdüm.  Ümumiyyətlə, bir az qərarsız adamam.

 

Mənim siyasətə çox böyük marağım var. 2022-ci ildə Almaniyada yaşayanda burada siyasətçilərin tədbirlərində iştirak edirdim.

 

Şou- biznes nümayəndələrindən fərqli olaraq siyasətə meyilliyəm. Düşündüm ki, mütləq bu sahədə təhsil almalıyam.

 

Bəzi aparıcılar kimi 80 yaşına qədər televiziyada qalıb insanları bezdirmək istəmirəm.

 

Bir neçə xarici ölkə təcrübəsindən də görürük ki, siyasətçilər əvvəl biznesmen olurlar, daha sonra siyasətə gəlirlər.

 

Onların kütləsi və pulları olduğuna görə yüksək mövqe tuta biliblər.

 

 

Əgər mən ölkəmdə tanınıramsa, mövqeyim bəllidirsə və dövlətimi sevirəmsə, ona görə bu sahəni oxuyub hansısa Qeyri-Hökümət Təşkilatı aça bilərəm, yaxud  ona rəhbərlik edərəm. Düşünürəm ki, bu, heç də pis olmaz”.

 

Həmsöhbətimiz  seçiminin niyə görə Türkiyə olduğuna da toxunub:

 

“Əslində məktəbdə rus bölməsində təhsil almışam. Ona görə ilk növbədə Ukraynanı seçmək istəyirdim. Amma Türkiyədə elə bir şey var ki, bu ölkəyə gediş-gəliş rahatdır. Düzdür, qiyabi təhsil alacam. Amma yenə də ildə ən azı 2 dəfə universitetə getməli olacam.  Başqa ölkə olsa, yəqin ki, o 2 dəfəni də gedə bilməyəcəkdim. Ancaq istəyirəm ki, heç olmasa, arada universitetə gedib, mühitlə tanış olum”.

 

 

Tolik ləqəbli aparıcı qeyd edib ki, hazırdakı fəaliyyətinə təhsili mane olmayacaq:

 

“Mən aparıcılığıma görə prodüserlik peşəmi qurban vermişəm. Əvvəllər toylar, böyük konsertlər təşkil edirdim. Amma aparıcılığı o qədər sevdim ki,  “Lider”, “Xəzər” kimi telekanallara transfer oldum. Burada tam püxtələşdim. Demək olar ki, hazırda heç bir müğənni ilə işləmirəm. Düşəncəm ancaq verliş aparmaq, maraqlı mövzular fikirləşməkdir. Yəni bu işin mənim üçün yeri tam ayrıdır. Bu səbəbdən, uzun bir müddət uzaqlaşmağı düşünmürəm”.