Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-07 16:58:00
Müəllimlər də vahid formaya keçir ? -  Vacib açıqlama

Son illər respublikamızda şagirdlərin vahid məktəbli formasına keçidi müvəffəqiyyətlə həyata keçirilib. Hazırda gündəmdə olan məsələlərdən biri isə müəllimlərin vahid formaya keçidi ilə bağlıdır. Qeyd edək ki, bir çox inkişaf etmiş ölkələrdə müəllimlərin xüsusi geyim forması var. Azərbaycanda da müəllimlərin vahid geyim formasına keçidi ilə bağlı tez-tez təkliflər səsləndirilir.

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Məzahir Məmmədli sözügedən mövzunun dəfələrlə müzakirə obyekti olduğunu və bu müzakirələrin nəticəsiz qaldığını bildirib:

 

 

“Bir neçə il öncə, pandemiya dövründən əvvəl müəllimlərin vahid formaya keçməsi ilə bağlı müzakirələr aparılırdı. Təəssüflər olsun ki, heç bir nəticəsi olmadan yekunlaşdı. Çox qəribədir ki, bu məsələnin müzakirəsində nazirlik maraqlı olmadı”.

 

 

Ekspert təklif edir ki, hər məktəb Pedaqoji Şuranın qərarı ilə vahid forma seçə bilər:

 

“Bakı şəhəri Sabunçu rayonunun məktəblərindən biri məhz Pedaqoji Şuranın qərarı ilə vahid formaya keçib. Hazırda da kişi və qadın müəllimlər üçün formalar öz qüvvəsində qalır. Müəllimlər də Pedqoji Şuranın qərarına hörmət olaraq bu kursu davam etdirirlər. Həmin məktəbdə 2 dəfə olmuşam. İlkin qənaətim budur ki, orada uşaqların gözü artıq alışıb deyə müəllimlərin hansı aksesuardan istifadə etdiyini, nə geyindiyini müzakirə etmirlər. Ancaq müəllimin biliyi, bacarığı, potensialı diqqətdədir. Mənə elə gəlir ki, bu məsələ daha geniş müzakirəyə çıxarılsa, hər məktəb Pedaqoji Şuranın qərarı ilə vahid forma seçə bilər. Belə bir qərar faydalı olardı”.

 

 

 

M.Məmmədlinin fikrincə, vahid formaya keçid müəllimlərin paltar və bəzən əşyalarına vaxt itirməməsi üçün səmərəli olardı:

 

 

“Ölkəmizdə bəzi özəl məktəblərdə də belə bir qayda var. Bu təcrübəni Azərbaycanda fəaliyyət göstərən bir neçə türk liseyində gördük. Xüsusilə xanım müəllimlər məktəbə gələn zaman dərsdən çox geyimi, aksesuarları düşünür. Əlavə geyim haqqında düşünülməyəcək”.