Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-16 12:02:12
“StudentFest 2023” tələbə düşərgəsi sona çatıb

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə təşkil edilən “StudentFest 2023” tələbə düşərgəsi sona çatıb. Belə ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesi və müəllimlərin işə qəbulu müsabiqəsində dəstək göstərmiş, həmçinin təhsilin idarəedilməsi və pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələr üçün təşkil olunan düşərgənin ilk 2 istiqaməti uğurla tamamlanıb.

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, “StudentFest 2023”ün açılış mərasimində elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalova iştirak ediblər. 

 

Tələbə düşərgələri natiqlik, idarəçilik və kommunikasiya bacarıqlarını formalaşdıran görüşlər, ixtisasyönümlü təlim proqramları, həmçinin asudə vaxtın səmərəli dəyərləndirilməsi məqsədilə keçirilən yarış və intellektual oyunlarla zəngin olub.  

 

Qeyd edək ki, “StudentFest 2023” tələbə düşərgəsinin növbəti 2 istiqaməti avqust və sentyabr aylarında jurnalistika, incəsənət, təbiət elmləri, mühəndislik, dövlət və ictimai münasibətlər ixtisaslarında təhsil alan tələbələr üçün təşkil olunacaq.