Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-11 17:48:00
Deputat: “Dərslər sentyabrın 1-i başlamalıdır” - Arqument

 

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, 2023/2024 tədris ilində məktəblər sentyabrın 15-də başlanacaq. Bu qərardan sonra sosial şəbəkələrdə məktəblərin başlama tarixi ilə bağlı müzakirələr aparılır. Bəziləri məktəblərin sentyabrın 1-i, bəziləri ilə 15-i başlamalı olduğunu iddia edir.

 


Biz də AzEdu.az olaraq, məsələnin aktuallığını nəzərə alıb, deputat Ceyhun Məmmədov əlaqə saxladıq. Parlament üzvü bildirdı ki, dərslərin sentyabrın 1-i başlaması daha məqsədəuyğundur:



“Burada bir neçə məsələnin rolu var. Dərslər sentyabrın 15-i başlayırsa, iyunun 15-i də bitəcək. Bu il olduğu kimi, hər il iyun ayı isti keçir. Bu da öz növbəsində məktəblərdə dərs mühitinə, eyni zamanda şagirdlərin davamiyyətinə çox ciddi təsir göstərir.

 

 

Dərslərin sentyabrın 1-dən başlanmasını təmin edərək, tələbə və şagirdlərin bu çətinliyini aradan qaldıra bilərik. Sovet dövründə hava nəzərə alınaraq dərslərin başlama vaxtı sentyabrın 1-i müəyyən olunmuşdu.

 

Açıklama yok.



Digər tərəfdən, may ayının sonlarından etibarən məktəbdə davamiyyət azalır, iyunun ilk 14 günündə isə demək olar ki, heç kim dərsə getmir. Məktəblərdə dərs mühiti olmur. Müəllimlər də, şagirdlər də dərslərdə rəsmiyyət xatirinə iştirak edirlər”.

 


Deputatın fikrincə, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi aidiyyatı qurumlar qarşısında məsələ qaldırmalıdır:



“Buna görə də düşünürəm ki, bu reallıqları nəzərə alaraq yaxşı olar ki, bu məsələyə baxılsın. Dərslərin başlama vaxtıın müəyyənləşməsi cənab prezident İlham Əliyevin verdiyi fərmanla bağlı məsələdir. Hazırda bununla bağlı hansısa rəsmi qərar yoxdur. Digər tərəfdən, hesab edirəm ki, bu məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi aidiyyatı qurumlar qarşısında məsələ qaldıra bilər və bu məsələnin həlli üçün müəyyən addımlar atıla bilər”.