Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-09 16:30:00
“Universitetlərdə 10 min plan yeri boş qalacaq” - PROQNOZ
"Ali məktəblərin ən azı 10 minə qədər plan yeri boş qalacaq".
 
 
AzEdu.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov universitetlərin qəbul planından danışarkən deyib.
 
O bildirib ki, bu il ali məktəblərə qəbulun plan yeri 60 minə yaxındır:
 
 
"Yaxın günlərdə ali məktəblərin bakalavr pilləsinə qəbul olunmaq üçün ixtisas seçimi başlayır və yəqin sabaha abituriyent 4 jurnalı nəşr olunar.
 
Amma məsələ burasındadır ki, bu il ali məktəblərə qəbul plan yeri 60 minə çatıb. Bütün universitetlərin plan yerləri kəskin şəkildə artıb. Amma abituriyentlərin nəticələri, xüsusilə 200 - dən çox bal toplayan abituriyentlərin sayında ciddi fərq yoxdur.
 
Qüvvədə olan qəbul qaydalarına görə ümumi balı 150 - dən çox olanlar müsabiqəyə qoşulur, amma onlar məhdud ixtisaslar seçə bilərlər. Bu halda ali məktəblərin böyük sayda, azı 10 minə qədər plan yeri boş qalacaq.
 
Xüsusilə, 1ci ixtisas qrupu üzrə 200 balla seçim ixtiyarı verilən ixtisaslardan boş qalan yerlər çox olacaq.
 
2018-ci ildə Təhsil haqqında qanuna dəyişiklik edilib və universitetlərin nəzdində "hazırlıq qrupları" yaradılması nəzərdə tutulub. Lakin 5 ildir ki, heç kim bu barədə danışmır. 2 ildir ki, abituriyent 2 jurnalında bu qəbul nəzərdə tutulur, amma həyata keçirilmir.
 
Ehtimal etmək olar ki, məhz boş qalan plan yerlərinə qəbul məhz "hazırlıq qrupları" adı ilə olacaq.
 
Yoxsa azı 10 mindən çox boş qalacaq plan yerlərini doldurmaq üçün müsabiqə şərtini 100 bala endirməzlər".