Azedu.az

Nazir Zaqatalada vətəndaşları qəbul edəcək  

9 Avqust 2023, 13:25
Nazir Zaqatalada vətəndaşları qəbul edəcək  

Elm və təhsil naziri Emin Əmrullayev 30 avqust 2023-cü il tarixində Zaqatala rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Zaqatala, Şəki, Oğuz, Qəbələ, Qax və Balakən rayonlarının sakinləri iştirak edə bilərlər. 

 
AzEdu.az xəbər verir ki, adları çəkilən rayonların sakinləri 15 avqust 2023-cü il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər.
 
 
Eləcə də nazirliyin rəsmi saytının //edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.  
 
 
Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.
QIZĞIN DEBAT! Ramiz Mehdiyevlə Əli Həsənov DİNDİRİLMƏYƏ ÇAĞIRILDI
Son xəbərlərDaha çox