Dövlət İmtahan Mərkəzində avqustun 5-də yeni imtahan modeli əsasında TOEFL iBT imtahanı keçiriləcək.
Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.
TOEFL iBT imtahanı 5 avqust 2023-cü ildə Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (8 Noyabr metrostansiyasının yanı) yerləşən binasında təşkil olunacaq.
Təhsildə Qiymətləndirmə Xidməti (Educational Testing Service) qurumu tərəfindən edilən dəyişikliklərə əsasən artıq imtahan müddəti 2 saatdan az olacaq.
Tətbiq olunacaq yeni imtahan modeli aşağıdakı kimidir.
Bölmə | Sual sayı | İştirakçıya verilən müddət |
Oxu | 20 | 35 dəqiqə |
Dinləmə | 28 | 36 dəqiqə |
Danışıq | 4 tapşırıq | 16 dəqiqə |
Yazı | 2 tapşırıq | 29 dəqiqə |
İmtahana gəlməli olan şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.
İmtahan saat 09:00-da başlanır.
TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.
TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.
kitabı