Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-31 09:19:13
İlahiyyat İnstitutunda abituriyentlər üçün müsahibə başlayır

Sabah Azərbaycan İlahiyyat İnstitutunda islamşünaslıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlər müsahibə verməyə başlayacaqlar.

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, islamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin müsahibədə iştirak etməsi üçün ərizə qəbulu 20-26 iyul tarixlərində aparılıb. Nəticədə 113 nəfər qeydiyyatdan keçib.

İslamşünaslıq ixtisası üzrə Dini Psixoloji Komissiya 1-3 avqust tarixlərində Azərbaycan İlahiyyat İnstitutunda fəaliyyət göstərəcək.

İştirakçılar saat 09:00-da şəxsiyyət vəsiqəsi və “İmtahana buraxılış vərəqəsi” ilə birlikdə imtahan binasının qarşısında olmalıdırlar.

Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışlar və dünyəvilik anlayışı, psixoloji parametrlərinin islamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılacaq.

Müsahibədən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı III ixtisas qrupuna aid digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq ixtisasını da seçə bilərlər.