Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-28 20:14:23
UNEC dünya universitetlərinin ilk 10%-liyində...

Dünya Universitetlərinin Webometrics Reytinqinin (Webometrics Ranking of World Universities) 2023-cü il nəticələrinə əsasən, UNEC dünya universitetlərinin ilk 10%-liyində yer alaraq ilk dəfə ölkə üzrə birinci yerə yüksəlib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov bildirib.


Dünyanın 32 minə yaxın universitetlərinin reytinqini hazırlayan Webometrics-də UNEC son illərdə 15 min universiteti geridə buraxıb və hazırda da inamla irəliləməkdədir.

 

UNEC 2023-cü ilin birinci reytinq cədvəlində 3644-cü pillədə Azərbaycan üzrə ikinci yeri tutmuşdusa, cəmi 6 ay sonra 3196-cı pilləyə yüksələrək ölkə birincisi olub.


"Əziz UNEC ailəsi, UNECsevərlər,
hər birinizi növbəti uğur münasibətilə ürəkdən təbrik edir və hər birinizə təşəkkür edirəm",- deyə rektor qeyd edib.