Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-27 09:36:33
3 ili tamamlanmış müəllimlər sertifikasiyaya ÇAĞIRILIRLAR

“Təhsil haqqında” qanuna edilən yeni dəyişikliklər təsdiqlənəndən sonra ilk dəfə işə qəbul olunmağından 3 il keçən müəllimlərin sertifikatlaşdırılması gündəmə gəlib.
 
İndiyə qədər qüvvədə olan qanuna görə, dövlət ümumi təhsil müəssisələrində ilk dəfə işə qəbul olunan təhsilverənlərin sertifikatlaşdırmadan keçməsi üçün 5 ilin tamamlanması tələb olunurdusa, artıq həmin müddət 3 ilə endirilib.

AzEdu.az-ın məlumatına görə, artıq məktəblərdə 3 il iş staşı tamam olmuş bəzi müəllimlərə bildiriş gəlib. Bildirişlərdə həmin müəllimlərin avqustun sonlarında sertifikasiyaya cəlb olunacağı bildirilib.

Məlumat sosial şəbəkələrdəki təhsil qruplarında da paylaşılıb.

İlkin Ağayev adlı müəllim bildirib ki, sertifikatlaşdırmaya cəlb olunacaq müəllimlərin aldığı bildirişlərdə onlar haqqında məlumatların portal.edu.az sisteminə əlavə edilməsi istənilib.

Bura dövlət ümumi təhsil müəssisələrində müəllim vəzifəsinə ilk işə qəbul tarixi 14.06.2018-dən 14.06.2020-dək olan və hazırda müddətsiz əsaslarla işləyən müəllimlər daxildir.

O da qeyd edilib ki, hələlik yalnız ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni müəllimləri haqda məlumatlar sistemə daxil olunmalıdır. 


A.Qorxmaz