Azedu.az

Çobanlıq edə-edə Türkiyə üzrə ikinci ən yüksək balı topladı - VİDEO

24 İyul 2023, 12:56
Çobanlıq edə-edə Türkiyə üzrə ikinci ən yüksək balı topladı - VİDEO

Türkiyənin Elazığ vilayətinin Ağdağ bölgəsində çobanlıq edən Mehmet Halil Yazar adlı gənc Türkiyədə 8-ci sinfi bitirəndən sonra verilən liseyə qəbul imtahanında ölkə üzrə ikinci ən yüksək bal toplayıb.

 

AzEdu.az Oxu.az-a istinadən xəbər verir ki, Elazığın ən ucqar mahallarından birində yaşayan 14 yaşlı oğlanın atası qeyd edib ki, oğlu həm çobanlıq edərək ailəyə kömək edir, eyni zamanda mütəmadi olaraq dərslərini oxuyub.

 

 

Atası vurğulayıb ki, oğlu dağda heyvan otararkən özü ilə götürdüyü kitabları davamlı mütaliə edib və lisey imtahanında iştirak etməkdə israrlı olub.

“Nəticədə 494 bal toplayıb, ölkə üzrə ikinci ən yaxşı nəticəyə nail olduq. Çox qürurluyuq”, - deyə gənc istedadın atası bildirib.

 

Qeyd edək ki, Türkiyədə uşaqlar 8-ci sinfi bitirəndən sonra LGS (Liseye Geçiş Sınavı) imtahanı verirlər. Bu, olduqca çətin imtahan hesab olunur.

 

 

Mənbə: İHA

 

 

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox