Çində roket texnologiyası ilə süni ürək yaradılıb.
AzEdu.az xəbər verir ki, Çin Komunist Partiyasının rəsmi orqanı olan Global Times qəzetində çıxan rəsmi məlumata görə, süni ürək Çin Kosmik və Texnologiya Şirkəti (CASC) nəznində fəaliyyət göstərən Çin Roket Texnologiyası Akademiyası və Tiencin Teda Beynalxalq Kardiologiya xəstəxanasının ortaq işə nəticəsində yaradılıb. Ürəkdə istifadə olunan roket texnologiyasının təsiri nəticəsində ürək damarları daha az zərər görəcək.
Enerji qaynağına bağlı olacaq ürək əlavə güc aldığına görə uzun ömürlü olacaq və “kosmik ürək” adlandırılan həmin qəlb əvvəlcə heyvanlar üzərində tətbiq olunacaq.
Qeyd edək ki, süni qəlbdən ürək nəqlinin mümkün olmadığı xəstələr üçün istifadə olunur və digər süni qəlbələrə müqayisədə 152 min dollardan daha ucuz olacağı gözlənilir.
Nəzrin Rüstəmova
kitabı