Azedu.az

Magistraturaya qəbulun nəticələri bu tarixdə ELAN OLUNACAQ

17 İyul 2023, 09:32
Magistraturaya qəbulun nəticələri bu tarixdə ELAN OLUNACAQ

Dövlət İmtahan Mərkəzi DİM) ali təhsil müəssisələrinin magistraturalarına qəbulun nəticələri barədə açıqlama verib.

DİM-dən AzEdu.az-a verilən açıqlamada bildirilib ki, magistraturaya qəbulun nəticələri növbəti iki gün ərzində elan olunacaq.


Xatırladaq ki, magistraturaya qəbul imtahanının I cəhdi 19 fevral, II cəhdi 11 iyun tarixində keçirilib.

İyulun 6-dan iyulun 13-dək isə magistraturaya ixtisas seçimi aparılıb.

DİM-in məlumatına görə, ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimində ümumilikdə 17359 ərizə təsdiq edilib (Azərbaycan bölməsi üzrə 16024, rus bölməsi üzrə 1335).


A.Qorxmaz

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox