Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-09 16:35:46
AzMİU-da “Açıq qapı” günü keçiriləcək

2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası ilə əlaqədar olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) valideynlər üçün “Açıq qapı” günləri keçiriləcək.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, imtahan dövründə tələbə və magistrantların, həmçinin onların valideynlərinin yarana biləcək suallarının operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri 12, 19 və 24 iyun tarixlərində, saat 09:30-13:00 aralığında təşkil olunacaq.

 

12 iyun tarixində keçirilən “Açıq qapı” günündə AzMİU-nun Mexanika və informasiya texnologiyaları, Su təsərüfatı və mühəndis kommunikasiya sistemləri fakültələrinin, 19 iyun tarixində Nəqliyyat, Su təsərüfatı və mühəndis kommunikasiya sistemləri, İnşaat və Memarlıq fakültələrinin, 24 iyunda isə Tikinti-iqtisad, Mexanika və informasiya texnologiyaları, Su təsərüfatı və mühəndis kommunikasiya sistemləri və Memarlıq fakültələrinin tələbələrinin valideynləri iştirak edə bilərlər. 

 

“Açıq qapı” günlərində iştirak etmək istəyən valideynlər aşağıdakı LİNKƏ daxil olaraq qeydiyyatdan keçməlidirlər.