Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-07 08:56:00
2024-cü ildən məktəblərrəsmxətt tədris olunacaq

Rusiya prezidenti Vladimir Putin iyunun 6-da hökumətə 2024-cü ildən məktəblərdə rəsmxətt dərsinin tətbiqi barədə göstəriş verib. 

AzEdu.az saytı bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.


“2024/25-ci tədris ilindən ümumi təhsilin əsas təhsil proqramları üzrə təhsil alan şəxslərə rəsmxətt sənətinin əsaslarının inkişaf etdirilməsi, habelə orta ümumtəhsil pilləsində “Rəsmxətt” ixtisasartırma kursunun öyrənilməsi təmin edilsin”, - Kremlin saytında deyilir.

 

Bu tədbir sənayenin kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirilir.

Dövlət Duması bu ilin fevralında rəsmxətt fənninin məktəb kurrikulumuna qaytarılmasını təklif edib.
Qeyd olunub ki, bu fənnin tədris edilməməsi şagirdlərin texniki yaradıcı təfəkkür səviyyəsini xeyli aşağı salır.