Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-06 13:36:00
Mühasiblərin nəzərinə! - Bu sahə ləğv edilir? – “Elə bir texnoloji yenilik olacaq ki...”

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bir müddət öncə mühasib işinin 5 ildən sonra lazımsız bir sahəyə çevrilmə ehtimalına dair açıqlama verib. DİM sədri qeyd edib ki, mühasib işi 5 ildən sonra lazım olmaya bilər:

"Bir ixtisası ömürlük seçmək artıq mümkün deyil. Bu gün mühasibatlıq sahəsində icra olunan proqramlar onu əvəz edir. Bundan sonra hər hansı alətlərlə işləməyi bacaran maliyyəçilər lazım olacaq. İxtisas seçimi deyil, fəaliyyət istiqaməti əsas amildir".

Şübhəsiz ki, DİM sədrinin məlum açıqlamasından sonra bəzi mühasiblər əndişəyə düşüblər. Əlbəttə, bunun üçün tutarlı səbəb də var. Axı Məleykə Abbaszadə bu sahədə təsadüfi adam deyil və o, Azərbaycan təhsil sisteminin intonasiyasını dəyişə bilən dövlət rəsmisidir. Bəzi mühasiblər də buradan yola çıxaraq, özlərini bank sektorunda sınamağa çalışırlar.

Görəsən, mühasib işinin sıradan çıxması mümkündürmü?

Nadir İsrafilov: ”Dünən bizi yetişdirən də müəllimdir, bugünki müəllimi  yetişdirən də bizik...”-IV Yazı - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Məsələyə münasibət bildirən təhsil eksperti Nadir İsrafilov AzEdu.az-a bildirib ki, zaman-zaman ixtisasların təsnifatı aparılır. Nazirlər Kabineti bununla bağlı qərarlar qəbul edir:

"Elə ixtisaslar var ki, artıq zamanla köhnəlir. Yeni sahələr, ixtisaslar meydana gəlir. Azərbaycan elektron hökumət sisteminə keçib. Artıq kağız-kuğuzla işimiz başa çatıb. Bu üzdən hesab edirəm ki, mühasiblərimiz də özlərini yeniləməlidirlər. İKT sahəsini mükəmməl şəkildə mənimsəməlidirlər. Açığı, mühasib işinin ləğv olunacağını düşünmürəm, sadəcə elə bir texnoloji yenilik ola bilər ki, indiki mühasiblər həmin standartlara cavab verə bilməzlər. Bunun üçün də mühasiblər indidən İKT sahəsinin dərinliklərini öyrənməyə çalışmalıdırlar. Amma yenə vurğulayıram ki, mühasib işinin ləğv olunacağını düşünmürəm. Bu iş daim olub, var, gələcəkdə də olacaq".

"Əmək bazarında hansı ixtisaslar daha geniş perspektiv vəd edir" sualına gəlincə, ekspert söyləyib ki, bunu proqnozlaşdırmaq çətindir:

"İndi internet əsridir, gənclərimiz daha çox İKT sahəsi ilə bağlı ixtisasları seçsələr, daha yaxşı olar. İKT sahəsini bilən adama hər yerdə iş var".