
2023-05-26 15:10:00
LDU məzunları üçün Əmək yarmarkası təşkil olunub
Lənkəran Dövlət Universitetinin və Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə 26 may 2023-cü il tarixdə Əmək yarmarkası keçirilib.
Universitetdən AzEdu.az-a bildirilib ki, Lənkəran Olimpiya İdman Kompleksində təşkil olunan Əmək yarmarkasında Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən 31 idarə, müəssisə, təşkilat və fərdi sahibkar iştirak edib. Lənkəran Dövlət Universitetinin yarmarkaya qatılan məzunları təqdim edilən 900-dən çox vakansiya ilə tanış olmaq imkanı əldə ediblər. Vakansiyalara müraciət edən məzunların anket məlumatları (CV forması) qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.
Tədbirin əsas məqsədi tələbə-məzunlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da, işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaq olub.
Əmək yarmarkasında rayon icra hakimiyyətinin rəsmiləri, LDU-nun bu ilki və ötənilki məzunları, Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının əməkdaşları, işəgötürən sifarişçi təşkilatların təmsilçiləri iştirak edib.
Xatırladaq ki, bu il Lənkəran Dövlət Universitetini bakalavr və magistratura səviyyələri üzrə 900-ə yaxın tələbə bitirir.
Bu bölməyə aid digər xəbərlər
AzTU TGT-nin yeni loqosu təqdim olunub
2023-10-01 12:35:00
BMU - da dekan və kafedra müdirləri vəzifələrini vakansiya...
2023-10-01 11:15:00
4 mindən çox tələbə təhsil krediti alıb
2023-10-01 10:21:00
Bakıda Rusiya ali məktəblərinin təhsil sərgisi açılıb
2023-09-30 13:22:42
UNEC-in qalib olduğu qrant layihəsinin təqdimatı keçirilib
2023-09-30 11:44:11
UNEC- də təqdimat keçirilib
2023-09-29 17:40:00
Tələbələri “Code for future” təhsil layihəsi barədə məlumatlandırılıb
2023-09-29 17:21:24
Peşəkarlar tələbələrlə təcrübələrini bölüşüblər
2023-09-29 15:58:27
BMU - da növbəti seminar keçirilib
2023-09-29 15:06:16
“Technest University” proqramı çərçivəsində 118 tələbə məzun olub
2023-09-29 14:59:23
kitabı
ÇOX OXUNANLAR
22 Sentyabr 2023, 15:22
Müəllimlərin sertifikasiya balı yerdəyişmədə nəzərə alınacaq? – Rəsmi

25 Sentyabr 2023, 11:58
Vakant yerlərə yeni müəllimlər TƏYİN EDİLDİ

26 Sentyabr 2023, 14:19
Ağdərədə Azərbaycan bayrağı qaldırıldı - VİDEO

28 Sentyabr 2023, 13:25
130 km qət edən “Fədakar müəllim” : “Dəfələrlə qəza şəraiti ilə üzləşmişəm, amma..”

25 Sentyabr 2023, 15:57
Sertifikasiyadan 55 bal yığan 62 yaşlı müəllim: “4-cü sinif səviyyəsində suallar idi”

29 Sentyabr 2023, 13:17
Qəbul imtahanının II mərhələsi üçün proqramlar AÇIQLANDI

22 Sentyabr 2023, 11:37
Süni intellekt tədris prosesində tətbiq oluna bilərmi? – RƏY

29 Sentyabr 2023, 12:12
“Fədakar müəllim” : “Uşaqlıq arzum vətənimin hər bir övladını təhsilli görməkdir”

FACEBOOK