Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-25 14:05:00
Akdeniz Universitetinin nümayəndəsi BMU-da...

Türkiyənin Akdeniz Universitetinin Dənizçilik-Liman İdarəetmə Bölməsi və Peşə Məktəbinin əməkdaşı Mehlika Arısoy “Erasmus+KA1” mübadilə proqramı çərçivəsində Bakı Mühəndislik Universitetində (BMU) səfərdədir.

 

AzEdu.az xəbər verir ki, universitetin Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində bır sıra görüşlər keçirilib.

 

BMU-nun Logistika və nəqliyyat texnologiyaları kafedrasının müəllim-professor heyəti ilə görüşdə əməkdaşlıq və əlaqələrin qurulmasının mümkün yolları müzakirə edilib. Qonağa BMU-da yaradılan təhsil mühiti və təhsil proqramları haqqında ətraflı məlumat verilib.

 

Bir həftəlik səfər proqramına uyğun olaraq Mehlika Arısoy tələbələr qarşısında mühazirə ilə çıxış edib.

 

BMU-nun tədris binaları, Texnoparkı ilə də yaxından tanış olan qonaq həmçinin, Abşeron Logistika Mərkəzini ziyarət edib, infrasturuktur və iş prosesi ilə yaxından tanış olub.