Azedu.az

Kitabxanaçılar işə qəbul imtahanı verib

16 May 2023, 11:16
Kitabxanaçılar işə qəbul imtahanı verib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində vakant olan kitabxana müdiri, kitabxanaçı və laborant vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.

 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata görə, test imtahanı mərhələsində 500-dən çox namizəd iştirak edib.

 

Namizədlər 80 dəqiqə ərzində 40 sualı cavablandırmalı olublar.

 

Qeyd olunub ki, iştirak edən namizədlərə imtahan nəticəsi barədə məlumatlar SMS vasitəsilə bildiriləcək.

 

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox