Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-12 11:47:34
Kollec tələbələri də əsgərliyə aparılmasın! - Deputat

Milli Məclisdə kollec tələbələrinə əsgərlikdən möhlət hüququnun verilməsi təklif olunub.

 

AzEdu.az xəbər verir ki, bu təkliflə parlamentin iclasında deputat Naqif Həmzəyev çıxış edib.

 

“Hazırda Azərbaycanda universitet tələbələrinə əsgərlikdən möhlət hüququ tanınır. Amma kollec tələbələrinə möhlət verilmir. Təklif edirəm ki, bu şans kollec tələbələrinə də tanınsın. Bu məsələyə ən azı növbəti illərdə baxaq”, - deyə deputat vurğulayıb.

 

Qeyd edək ki, Azərbaycanda kolleclərə qəbul olunan oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi planlaşdırılır. Elm və Təhsil Nazirliyi bu məqsədlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, eləcə də digər aidiyyəti qurumlara müraciət ünvanlayıb.  Elm və təhsil nazirinin müavini İdris İsayev bu yaxınlarda mətbuata açıqlamasında deyib ki, söhbət tam möhlət hüququnun verilməsindən getmir.

 

"Bildiyiniz kimi təhsil proqramını bitirməmiş tələbələri müddətli həqiqi hərbi xidmətə çağırırlar. Təklifimiz odur ki, onlar proqramı bitirdikdən sonra hərbi xidmətə getsinlər. Lakin təklifimizi nə dərəcədə dəyərləndirəcəklərini deyə bilmərəm", - nazir müavini vurğulayıb.