Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-27 08:57:00
Nəhayət maaşından razı olan müəllim TAPILDI

Rusiyadakı blogerlər uzun müddət idi ki, aldığı məvacibdən razı qalan müəllim axtarışında idilər.

Nəhayət onlar həmin müəllimi Omsk şəhərinin orta məktəblərinin birində tapıblar. 24 yaşlı tarix müəlliminin aylıq maaşı 60 min rubl (1250 AZN) təşkil edir. Bu orta aylıq əmək haqqı 45 min rubl olan Rusiyadakı müəllimlər üçün inanılmaz bir məbləğdir.

AzEdu.az xəbər verir ki, jurnalistlər onun belə çox maaş almasının səbəbini aydınlaşdırıblar. Müəllim bir neçə vəzifəni birləşdirdiyi üçün belə bir məbləğə nail ola bilib: tarix və sosial elmlər müəllimi, sinif müəllimi, böyük məsləhətçi və təhsil məsləhətçisi.

Məsləhətçi işi üçün müəllim 12 min rubl alır; iki sinifdə tarix və sosial elmlərin tədrisi, sinif idarəçiliyi və karyera rəhbərliyi sahəsində sənədləşmə işləri üçün - təxminən 18 min rubl. Qazancının yarısı direktorun tərbiyə işləri üzrə məsləhətçi vəzifəsindən gəlir: əvvəlcə bu iş üçün məvacib 15 min rubl idi, 2022-ci ildən isə 30 minə qaldırılıb.  

“Bu maaş mənə tamamilə uyğundur və qane edir. Təbii ki, bu yüksək hədd deyil, amma 24 yaşım olduğunu nəzərə alanda bizim sahəmiz, regionumuz  üçün bu məbləği kifayət qədər layiqli hesab edirəm.... Düşünürəm ki, kim işləmək və daha çox qazanmaq istəyirsə, mütləq  bir yolunu tapacaq. Aydındır ki, heç də hamı  çox işləmək istəmir. Amma bunu istəyənlər uğur qazanırlar", - deyə rusiyalı müəllim bildirib.