Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-26 15:08:00
Niyə bəzi məktəblərin 1-ci sinfinə qəbul MÜSABİQƏ yolu ilə aparılır?

Respublikadakə orta məktəblərin 1-ci sinfinə qəbul prosesi sadəcə qeydiyyatla həyata keçirildiyi halda, bəzi məktəblərdə bu, fərqlidir. Belə ki, bir sıra ümumtəhsil müəssisələrinin 1-ci sinfinə qəbul müsabiqə yolu ilə gerçəkləşir.

 

Bəs həmin məktəblər hansılardır?

 

AzEdu.az Elm və Təhsil Nazirliyinin məlumatına əsasən xəbər verir ki, Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəblərinin tədris Azərbaycan dilində aparılan I siniflərinə qəbul uşaqların xüsusi hazırlıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsabiqə komissiyalarının rəyi əsasında həyata keçirilir.

 

Sözügedən məktəblərin həm Azərbaycan, həm də rus bölməsi üzrə 1-ci siniflərinə uşaqların qəbulu müsabiqə yolu ilə aparılır. Uşaqların qəbulu zamanı heç bir prioritet üzrə üstünlük nəzərə alınmır.