Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-14 15:59:00
Bakıda riyaziyyat olimpiadaçılarının konfransı keçiriləcək - DETALLAR

Bakıda fəaliyyət göstərən Global Olympic Center “Beynəlxalq riyaziyyat olimpiadaçıları konfransı" keçirəcəyini bəyan edib.

AzEdu.az bu ilin mayında keçiriləcək konfrans barədə ətraflı məlumat almaq üçün adı çəkilən təşkilatla əlaqə saxlayıb.


Global Olympic Center (GOC) 2020-ci ildə ölkə prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na dəstək olmaq məqsədilə 14.08.2022-ci il tarixində yaradılıb.

Təşkilatın əsas məqsədi, dünyanın aparıcı beynəlxalq fənn olimpiadalarını tam şəffaf şəkildə təşkil edərək məktəblilərin elm sahələrinə olan marağını artırmaq, məktəblilərin inkişafı üçün rəqabət mühiti yaratmaq, inkişafa açıq təfəkkür tərzinə sahib, ömür boyu öyrənən, kritik və yaradıcı düşüncəyə malik fərdlər yetişdirməkdir.

 

Global Olympic Center müxtəlif layihələr, konfranslar, olimpiadalar keçirir.

 

Təşkilatdan “Azərbaycandan dünyaya” layihəsi çərçivəsində keçirilən “Beynəlxalq riyaziyyat olimpiadaçıları konfransı -2023” barədə ətraflı məlumat verilib. 

 

Bildirilib ki, konfrans riyaziyyat olimpiadaçılarına dəstək məqsədilə təşkil olunur. Riyaziyyat konfransının məqsədi iştirakçılara riyaziyyat təhsili sahəsində lider olmaq və intizamın inkişafına kömək etmək üçün ilham vermək, öyrətmək və gücləndirməkdir. Beynəlxalq riyaziyyat olimpiadalarında uğur qazanmaq istəyən şagirdləri, onların valideyn və müəllimlərini doğru şəkildə istiqamətləndirərək beynəlxalq arenada uğur qazanmalarını təmin etməkdir.

 

"Bu sahədə ən yaxşı təcrübələri və yenilikləri aşılamaqla yanaşı, bir olimpiadaçının necə yetişəcəyi tam olaraq öyrəniləcək. Konfransın nəticəsi olaraq Azərbaycanda riyaziyyat olimpiadaçılarının sayı artacaq".

 

O da qeyd olunub ki, konfransa Türkiyədən gələn professor və müəllimlər iştirak edəcəklər.
Prof. Dr İlham Əliyev, Prof. Dr Mustafa Özdəmir, Yücel Arıcı, İhsan Yücel, Rauf Tağıyev kimi şəxsiyyətlər sözügedən konfransda iştirak edəcək.

 

“Konfrans 28 may tarixində Avropa Azərbaycan Məktəbində keçiriləcək. 09:00-da başlayıb 16:00-də bitəcək. Sonda isə iştirakçılara sertifaktlar təqdim olunacaq. Bu sertifikatlar beynəlxalq dərəcəlidir və Türkiyədən dəvət olunan professorlar tərəfindən təqdim olunacaq. Burada azərbaycanlı müəllimlərin də iştirakı nəzərdə tutulur, lakin onların adları hələ ki məlum deyil. Konfrans ödənilşidir. İştirak etmək üçün konkret məbləğ 69 AZN müəyyən edilib, hazırda endirim olduğu üçün 59 AZN  olaraq nəzərdə tutulub. Layihənin təşkilatçısı isə Global Olympic Center-in direktoru Xəyal İbrahimzadədir”, - deyə təşkilatdan qeyd olunub.