Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-11 11:38:38
Dövlət qulluğu imtahanı üçün 1672 nəfər qeydiyyatdan keçib

Dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələrə) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə aprelin 30-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, imtahana qeydiyyat aprelin 20-si saat 10:00-dək aparılacaq. Bu gün saat 11:05-ə olan məlumata görə, imtahanda iştirak etmək üçün 1672 (BA-415, BB-1254) nəfər qeydiyyatdan keçib.

 

İmtahanda iştirak etmək istəyən namizədlərin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və üsulları DİM-in saytında yerləşdirilib. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.