Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-30 15:06:44
UNEC-in 10 tələbəsi ikili diplom proqramının məzunu oldu

UNEC-in 10 tələbəsi Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramını uğurla bitirərək məzun oldu.

 

AzEdu.az xəbər verir ki, məzunlar Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE), SABAH qrupları, Rus İqtisad Məktəbi, Maliyyə və Mühasibat, Biznes və Menecment fakültələrinin tələbələridir.

 

3-cü kursu Montpellier Universitetində oxuyan tələbələr, 4-cü kursdan təhsillərini UNEC-də davam edəcəklər. Tələbələr məzun olduqda UNEC-lə yanaşı, Montpellier Universitetinin diplomunu da əldə edəcəklər.

 

Beləliklə, UNEC ilə Montpellier Universitetinin ikili diplom proqramından məzun olan tələbə sayı 78 nəfər (2 nəfər əcnəbi tələbə olmaqla) oldu.

 

2023/2024-cü tədris ilində isə 15 nəfər UNEC tələbəsinin həmin proqramda iştirak etməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, 2016/2017-ci tədris ilindən başlayaraq, UNEC-in “Dünya iqtisadiyyatı”, “Maliyyə”, “Mühasibat”, “İqtisadiyyat” və “Biznesin idarəolunması” ixtisasları üzrə təhsil alan tələbələri Montpellier Universitetinin “Beynəlxalq menecment və biznes” ixtisası üzrə bakalavr diplomunu əldə edirlər.