Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-30 09:07:05
Günün havası - Duman, yağış, 22 dərəcə isti...

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

 

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 7-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.