Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-29 14:36:00
Sertifikasiyadan kəsilən müəllimlərə VACİB XƏBƏR

Aprelin 1-dən  Bakı şəhəri,  Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz regionları üzrə "Kim, necə, harada?" ixtisasartırma təlimlərinə start veriləcək.

 

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun direktoru Rüfət Əzizovun təkrar sertifikasiyada iştirak edəcək müəllimlər üçün təlimlərin təşkili ilə bağlı media brifinqi zamanı deyilib:

 

"Təhsil İnstitutunun təşkil etdiyi bu təlimlər sertifikatlaşmada təkrar iştirak edəcək təhsilverənlərə dəstək məqsədilə keçirilir.

48 saatlıq ixtisasartırma təlimləri ibtidai təhsil səviyyəsində Azərbaycan dili və riyaziyyat fənləri üzrə keçiriləcək. Dəstək təlimləri müdavimlərin  yaşayış yerləri nəzərə alınmaqla 53 təlim mərkəzində təşkil olunacaq.

2700-dən çox ibtidai sinif müəllimini əhatə edəcək bu təlimlərdə sertifikatlaşmada yüksək nəticə göstərən müəllimlərin də təlimçi kimi fəaliyyət göstərmələrinə şərait yaradılacaq".