Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-27 15:14:25
Bakıdakı əyləncə parkında uşaqlara təhlükə yaranıb

Bakının Xətai rayonunun Rahib Məmmədov küçəsi 20 ünvanında yerləşən "Uşaq-əyləncə" parkındakı fontan dağılıb və uşaqlar üçün təhlükə mənbəyinə çevrilib.

 

AzEdu.az xəbər verir ki, fontanın üzərində və ətrafında olan dəmir hissələr köhnələrək sınıb.

Bu da parkda təhlükəli şərait yaradıb.

 

Ərazidə istirahət edən vətəndaşlar isə yaranmış vəziyyətdən narazıdırlar. Sakinlər deyib ki, fontan üstü açıq şəkildə olduğu üçün uşaqlar bir neçə dəfə fontanın içərisinə düşüb və xəsarət alıblar. Həmçinin, fontan fəaliyyətə başlayanda ətrafı bağlı olmadığından və təhlükəsizlik tədbirləri görülmədiyindən üstündə hərəkət edən uşaqlar suda islanırlar.

Parkın nəzarətçisi Sahib Tağıyevin sözlərinə görə, yaranan təhlükəli vəziyyətlə bağlı Xətai rayon İcra Hakimiyyətinə məlumat veriblər.

Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov isə "Report"a bildirib ki, məsələdən xəbərdardılar: "Problemlə bağlı məlumatımız var, yay aylarına qədər fontanın təmir edilməsi nəzərdə tutulub. Təmirə qədər olan müddətdə isə fontanın ətrafında təhlükəsizlik tədbirləri görüləcək".