Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-26 13:07:21
UNICEF-in xoşməramlı səfiri Ukraniyada uşaqlarla görüşüb

Məşhur aktyor və UNICEF-in xoşməramlı səfiri Orlando Blum Ukraynaya gəlib. “Üzüklərin hökmdarı”nın ulduzu uşaqlarla görüşüb.

 

AzEdu.az UNİAN-a itinadən bildirir ki, aktyor ölkə ilə bağlı təəssüratlarını bölüşüb, ukraynalı uşaqlar barədə düşüncələri paylaşıb.

Blum bildirib ki, o, 2016-cı ildə baş tutan sonuncu səfərdən sonra ilk dəfə Ukraynaya gəlib. Aktyor müharibənin bütün ölkəni bürüyəcəyini təsəvvür etmirmiş. Bununla belə, ona Ukraynada uşaqların gülüşünü eşitmək ona qismət olub. Aktyor uşaqların psixoloji dəstək aldığı, oynadığı və yeni nəsə öyrənə biləcəyi “Spilno” uşaq məntəqəsində olub.

 

“Ukraynada uşaqlar öz uşaqlıqlarını geri qaytarmalıdırlar”, - Blum vurğulayıb.

 

Ukraynalılar “Üzüklərin hökmdarı”nın ulduzuna verdiyi dəstəyə görə təşəkkür ediblər. Aktyor ölkədəki müharibəyə diqqət çəkir, qayğıya ehtiyacı olan uşaqlara kömək edir.