Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-20 10:50:00
Keçmiş jurnalist təzə işdə - İndi də abituriyent hazırlayır

Sabiq jurnalist namiq Həsənov xeyli vaxtdır elmi-pedaqoji fəaliyyətlə məşğul olmağa başlayıb.

AzEdu.az-ın məlumatına görə, bu barədə onun özü bildirib.

N.Həsənov hazırda ali məktəblərə daxil olmaq istəyən abituriyentlərin, müəllimlərin işə qəbulu umtahanlarına və sertifikasiyaya hazırlaşan müəllimlərlə məşşələlər keçir.

Keçmiş jurnalist hazırlıq qruplarında tarix fənnini tədris edir.

Xatırladaq ki, Namiq Həsənov əvvəllər “7 gün”, “Bizim əsr” qəzetlərində çalışıb, “Lider” TV-dəki verilişlrədən birinin aparıcı olub. Daha sonra uzun müddət keşmiş Nəqliyyat Nazirliyinin katiblik rəisi – mətbuat katibi, Aparat rəhbərivəzifəsində çalışıb. 
2020-ci ildə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini vəzifəsinə təyin olunub. Bir müddət orada işlədikdən sonra elmi-pedaqoji fəaliyyətə keçib.