
2023-03-17 10:08:00
Şagirdlərin imtahanla bağlı narazılığı əsassızdır - DİM
5, 12 mart tarixlərində keçirilən imtahan sonrası şagirdlər arasında Azərbaycan dili fənni üzrə tərtib olunan mətinlərin çətin olması ilə bağlı müxtəlif şikayətlər müşahidə olunur.
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki,hansısa mətnin mənbəyini müzakirə predmetinə çevirmək və ya ona xüsusi məna yükləmək imtahanlara hazırlaşan şagirdlər (abituriyentlər) üçün lüzumsuz vaxt itkisindən başqa bir şey deyil:
"Ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında Azərbaycan dili fənnindən şagirdlərə bədii və publisistik üslubda olmaqla iki mətn və bu mətnlərin hər biri əsasında 5 çoxseçimli və 5 yazılı cavab tələb edən tapşırıq təqdim olunur. Müraciətdə bəhs olunan mətn publisistik üslubdadır. Publisistik üslub çox geniş spektrli sahələri əhatə edir. Bu üslubun sərhədləri daxilində yer alan istənilən mövzu haqqında istər ənənəvi və sosial mediada, istərsə də digər internet resurslarında minlərlə xəbər, məqalə, müzakirə araşdırma və s. yer ala bilər. Burada səslənən fikirlərin bəziləri şübhəsiz ki, bənzər ola bilər və ya bu fikirləri səsləndirən insanlarla mətn tərtibçisi eyni mənbələrdən istifadə edə bilər.
DİM imtahanlarda istifadə edilmək üçün onilliklər ərzində formalaşmış zəngin test bankına malikdir. Həmin mətn də DİM-in test bankına bir neçə il bundan əvvəl daxil olub. Bəhs edilən mövzu ilə bağlı sosial mediadakı yayım isə göründüyü kimi bir il əvvəlki tarixdə olub. Əlavə olaraq onu da bildirmək istəyirik ki, imtahanlarda istifadə edilən mətnlər (eləcə də publisistik mətnlər) sadəcə bir vasitədir. Belə ki, onlar hansı mövzuda tərtib olunursa olsun, onun əsasında hazırlanan tapşırıqlar yalnız və yalnız Azərbaycan dili fənninin kurikulumunun təlim nəticələrində yer alan bilik və bacarıqların yoxlanılmasına xidmət edir. Başqa sözlə, imtahanda bu tapşırıqları doğru cavablandırmağın yeganə yolu tədris prosesində Azərbaycan dili fənnini lazımi şəkildə mənimsəməkdən keçir".
Bu bölməyə aid digər xəbərlər
DİM 14 may imtahanlarının nəticələrini AÇIQLADI
2023-05-26 18:45:58
DİM bu abituriyentlər üçün sınaq imtahanı KEÇİRƏCƏK
2023-05-26 16:57:28
Doktorantura və dissertantura imtahanları ilə bağlı tələblər AÇIQLANDI
2023-05-26 09:30:00
DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək
2023-05-24 11:12:01
Magistratura imtahanının 2-ci cəhdinə qeydiyyat APARILIR
2023-05-23 09:35:27
Həftəsonu 50 mindən çox abituriyent qəbul imtahanı verəcək - DİM
2023-05-18 13:10:25
Rezidenturaya qəbul imtahanı keçirilib - DİM
2023-05-14 14:01:59
Peşəkar mühasib sertifikatı imtahanına qeydiyyat elan edilib
2023-05-10 12:11:26
9-cu sinfin imtahan nəticələri AÇIQLANDI
2023-05-08 17:34:54
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçirilib-YENİLƏNİB
2023-05-07 15:11:00
kitabı
ÇOX OXUNANLAR
24 May 2023, 17:26
Buraxılış imtahanından şikayət verən abituriyentlərin nəticələri AÇIQLANDI

19 May 2023, 12:16
Sertifikasiyaya hazırlaşan müəllimlərə vacib xəbər: bu 5 əsəri mütləq oxuyun! - SİYAHI

24 May 2023, 10:19
Kolleclərə qəbul üzrə müsabiqə ŞƏRTLƏRİ

26 May 2023, 12:04
Sertifikasiya üzrə sınaq imtahanının cavabları AÇIQLANDI

19 May 2023, 14:40
MİQ imtahanlarına sənəd qəbulu ELAN EDİLDİ

22 May 2023, 13:25
MİQ imtahanlarına hazırlaşanlar bunları mütləq bilməlidir - Vacib MƏLUMAT

22 May 2023, 11:06
MİQ-lə işə qəbul olunan müəllim təyinatdan imtina edirsə… - Nazirlik hansı tədbirlər GÖRÜR?

25 May 2023, 16:47
MİQ imtahanına ərizə verən müəllimlərin nəzərinə - Bu tövsiyələrə DİQQƏT EDİN!

FACEBOOK