Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-16 07:24:13
Gənc rezidentdən Bakıda unikal əməliyyat - Avropada ilk

Bakıda anadangəlmə mürəkkəb ürək qüsuru ilə doğulan körpə əməliyyat edilib.

Əməliyyat Mərkəzi Klinikada gənc həkim Kamran Əhmədov tərəfindən icra olunub.

Kamran Əhmədov bildirib ki, bu əməliyyat Avropada ilk dəfədir ki, icra olunur: “Xəstədə ürəkdən çıxan damarların  transpozisiyasi diaqnozu var idi. Bundan əlavə isə həmin damarların birinin – pulmonar damarın qapağında güclü daralma müşahidə olunurdu və bununla yanaşı ürəyin koronar damarların da anomaliyası var idi. Bütün bunlar cərrahi müdaxiləni mürəkkəbləşdirirdi. Belə olduğu zaman adətən, patologiyalarda icra olunan nə “Arterial Switch”, nə də “Rastelli” əməliyyatını icra etmək mümkün olur. Bunları nəzərə alaraq daha fərqli və unikal bir əməliyyatı, pulmonar qapaq və arteriyanı translokasiyasi əməliyyatını icra etdik (Pulmonary root translocation)”.

  AzEDU.az xəbər verir ki,  hazırda uşağın qidalanması və tənəffüs almasında olan problem aradan qalxıb, uşaq evə buraxılıb:

“Əməliyyat çox uğurlu alındı, 1 həftə sonra balaca balamız xəstəxanadan evə buraxıldı. Hazırda ona nəzarəti kardioloqumuz Vəli  Behbudov icra edir”.

  Qeyd edək ki, 29 yaşlı Kamran Əhmədov “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”ilə İsveçrənin Cenevrə Universiteti Xəstəxanasında (Geneva University Hospital) ürək-damar cərrahı ixtisası üzrə rezidentura keçir. (qafqazinfo.az)