Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-16 11:46:20
AMEA-nın Ümumi yığıncaq - nazir də iştirak etdi

Martın 16-da AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.

 

Bu barədə AzEdu.az-a AMEA-dan məlumat verilib.

 

Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev, AMEA-nın Rəyasət Heyətinin üzvləri, dövlət və hökumət rəsmiləri, deputatlar, vətəndaş cəmiyyətinin nümayəndələri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının baş direktorları, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

 

Əvvəlcə ulu öndər Heydər Əliyevin AMEA-nın Rəyasət Heyətinin binasında yerləşən büstü önünə tər güllər düzülüb. Sonra elmi nailiyyətlər sərgisinə baxış olub. İclası AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb və giriş nitqi ilə çıxış edib.

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK