Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-15 10:24:00
Yuxarı siniflərdə təhsil iki dildə aparılacaq

Ukraynada təhsil sahəsində islahatlar davam etdirilir. Məlum olduğu kimi? Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlara başlaması bu ölkədə Rusiyadan və Sovet İttifaqından qalan hər şeyə qarşı müharibənin də başlamasına səbəb oldu. Ukrayna bütün sahələrdə olduğu kimi? təhsil sahəsində də Avropaya ineqrasiya olunmaq istiqamətində ciddi addımlar atır. Xüsusilə rus dili və ədəbiyyatı ilə bağlı bütün proqramlar ləğv olunur və yerini ingilis, fransız və alman dilli proqramlar;  tutur.

AzEdu.az xəbər verir ki, belə yeniliklərdən biri də orta məktəblərin yuxarı siniflərində təhsilin paralel olaraq iki dildə aparılmasıdır.

Ukrayna dili ilə yanaşı, ingilis, fransız və ya alman dili də əsas dil kimi öyrəniləcək. Uşaqlar orta məktəb fənlərinin bəzilərini qeyd olunan dillərdən birində öyrənə biləcəklər. Bunun üçün Avropa ölkələrindən Ukrayna məktəblərində dərs demək üçün mütəxəssislərin gəlməsinə ehtiyac var. Qeyd olunan ölkələr bu sahədə Ukraynaya əvəzsisz yardım etməyi öz öhdələrinə götürüblər. Belə iki dildə təhsil verən məktəblərin məzunları üçün dilini öyrəndiyi ölkələrdəki universitetlərə qəbul olunmaq da asanlaşacaq.

Avropa təhsil qurumları Ukraynanı mümkün qədər tez öz sistemlərinə uyğunlaşdırmaq üçün bütün vasitələrdən istifadə edir və zəruri maliyyə yardımı ayırırlar. Amma Rusiya təhsil sistemindən qurtulub yeni sistemə keçmək üçün hələ çox iş görmək lazımdır. Müharibənin davam etdirilməsi isə bu işlərin həyata keçirilməsinin qarşısında dayanan ən böyük maneələrdəndir.