https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-14 12:40:00
Bu məktəbdə kimya, fizika, biologiya, musiqi müəllimi yoxdur - PROBLEM

Lerik rayonunun Vov kənd ümumi orta məktəbində kimya, fizika, biologiya və musiqi ixtisası üzrə müəllim yoxdur.

AzEdu.az xəbər verir ki, bu məlumatı təhsil eksperti Kamran Əsədov ictimailəşdirib.

O bildirib ki, Nazirlər Kabinetinin 2010-cu il 103-nömrəli qərarı ilə Vov kənd ümumi orta məktəbində kimya, fizika, biologiya və musiqi fənlərini digər qeyri-ixtisas fənn müəllimləri tədris edir.


“Məktəbin 7 sinfində 45 şagird, 13 müəllim var”, - deyə bildirən ekspert problemə biganə yanaşan Lənkəran-Astara Regional Təhsil İdarəsinin fəaliyyətini tənqid edib.

“Bu idarənin rəhbəri, əməkdaşları deyəsən fəaliyyətin tort kəsmək, şəkil çəkdirməkdən ibarət olduğunu düşünürlər.

Əgər siz bir məktəbi müəllimlə təmin edə bilmirsinizsə, zəhmət olmasa ərizə yazıb çıxıb gedin.

Valideyinlər şikayət yazıblar ki, uşaqlarımız kitabı üzünə oxuya bilmirlər.

Bəs məktəbləri manitorunq edirdiniz? Hanı sizin keyfiyyət sektorunuz?

Öz övladınızın belə təhsil almasına razı olardınız?

Millətin balalarını şikəst edirsiniz. Yarıtmaz fəaliyyətiniz hər saniyə təhsilə zərər verir”.

Təhsil eksperti Elm və Təhsil Nazirliyini adı çəkilən məktəbə müəllim göndərməyə çağırıb.