Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-02 17:08:00
Bağça müəllimləri də sertifikasiya olunacaq

“Sertifikasiyanın 2026-cı ilədək başa çatması planlaşdırılıb. Strateji plana əsaslanaraq qeyd edək ki, 2026-cı ilə qədər tərbiyəçi müəllimlərin sertifikasiyası da nəzərdə tutulub".


AzEdu.az
 xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Təhsil masası”nda çıxış edərkən deyib.

Onun sözlərinə görə, bağça müəllimlərinin fəaliyyətinin sertifikatlaşdırılması üçün xüsusi qaydalara ehtiyac var.

"Hazırda Elmə və Təhsil Nazirliyi bu qaydalar üzərində çalışır. Aydın məsələdir ki, qaydaların hazırlanması, təsdiqlənməsi müəyyən qədər müddət tələb edir. Ancaq 2026-cı ilə qədər yekunlaşdırılacağı dəqiqdir. 

Ölkə üzrə məktəbəqədər təhsil müəssisələrinin və həmin müəssisələrdə çalışan tərbiyəçilərin sayı ümumtəhsil müəssisələrindəki müəllimlərlə müqayisədə o qədər də çox deyil. Bu da onu deməyə əsas verir ki, tərbiyəçi ixtisası üzrə fəaliyyət göstərənlər də rahatlıqla sertifikasiyaya cəlb olunacaq”.