![](https://azedu.az/uploads/news/2023/02/azedu.az_333402320_191177486863029_785821728645363694_n_892.jpg)
24-25 fevral tarixlərində Günəş səthində baş vermiş alışmalar hesabına yaranan Tac Kütlə Atılmasının (Coronal Mass Ejection – CME) fevralın 27-də Yerə çatacağı və onun təsirinin fevralın 28-dək davam edəcəyi proqnozlaşdırılır.
AzEdu.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına görə, fevralın 24-də baş vermiş CME-nin təsirindən fevralın 27-də Yerdə geomaqnit sahə G2 (orta) qasırğa səviyyəsinə yüksələcək. Fevralın 28-də bu təsirin saxlanacağı, martın 1-də isə geomaqnit sahənin qeyri stabil-aktiv səviyyədə olacağı, bəzi saatlarda G3 (güclü) səviyyəsinə yüksələcəyi proqnozlaşdırılır.
Fevralın 27-si üçün Günəşdə alışmaların başvermə ehtimalı C sinif (Yerə təsir edə bilməyən) alışmalar üçün 99%, M sinif (zəif və az təsirli olaraq radiodalğaların yayılmasını əngəlləyən) alışmalar üçün 65% və X sinif (güclü) alışmalar üçün isə 15% -dir.
Geomaqnit qasırğası risk qrupuna daxil olan xroniki xəstələr, yaşlı insanlar və uşaqların səhhətində narahatlıq-diskomfort hissi yarada bilər. Meteohəssas insanlara həkimlərin məsləhəti ilə profilaktik tədbirlər görmələri tövsiyə olunur.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)