Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-17 16:34:00
Botanika İnstitutunun əməkdaşları kurikulum müzakirəsində...

Azərbaycan Respublikasının Təhsil İnstitutu təkmilləşdirilməkdə olan biologiya fənn kurikulumunun müzakirəsini keçirib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə ETN-in Botanika, Fiziologiya, Zoologiya İnstitutlarının, Dövlət İmtahan Mərkəzinin, Bakı Dövlət Universitetinin, Bakı Mühəndislik Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Sumqayıt Dövlət Universitetinin və Xəzər Universitetinin uyğun ekspertləri iştirak edib.

 

Türkiyədə baş vermiş zəlzələ nəticəsində vəfat edənlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Təhsil İnstitutunun direktoru, k.ü.f.d. Rüfət Əzizov giriş nitqi ilə çıxış edərək, tədbir iştirakçılarını salamlayıb. Son illərdə fənn kurikulumlarına dair aparılan islahatlar haqqında qısa məlumat verib. Daha sonra Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov məzmun sahəsində aparılan təkmilləşdirmə prosesi haqqında məlumat verərək, işçi qrupunu auditoriyaya təqdim edib.

 

Botanika İnstitutunun əməkdaşları b.ü.f.d., dosent Rəşad Səlimov, b.ü.f.d. dosent Nuri Mövsümova, b.ü.f.d. Aydan Zeynalova və b.ü.f.d. Nigar Mürsəlqızı biologiya fənn kurikulumunun müzakirəsində ekspert qismində iştirak edərək, fənn kurikulumuna dair ekspert rəyi təqdim ediblər.

 

İşçi qrupunun üzvü b.ü.f.d Rəşad Səlimov müzakirənin davamında təkmilləşdirilməkdə olan biologiya fənn kurikulumundakı yeniliklər barədə iştirakçıları məlumatlandırıb. Təqdimat bitdikdən sonra iştirakçıların rəy və təklifləri dinlənilib və görüş qarşılıqlı diskussiya formatında davam edib.

 

Görüşün sonunda Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva müzakirə olunan əsas məqamlara öz fikirlərini əlavə edib və bu prosesin böyük təhsil islahatlarının bir parçası olduğunu vurğulayıb.