Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-23 13:55:53
Xoreoqrafiya üzrə təhsil almaq istəyənlərin nəzərinə! - Sənəd qəbulu başladı

Bakı Xoreoqrafiya Akademiyası (BXA) 2018/2019-cu tədris ili üçün tam orta məktəbin Azərbaycan və rus bölmələrinə şagird qəbulu elan edir.

AzEdu.az xəbər verir ki, sənəd qəbulu 2018-ci il aprelin 20-dən etibarən akademiyada aparılacaq.

Qəbul üçün tələb olunan sənədlər:

1. Akademiya rektorunun adına ərizə

2. Doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsinin surəti

3. Tibbi vərəqə (sağlamlıq haqqında arayış, kardioloq, oftalmoloq və nevropatoloqun rəyi)

4. Ümumtəhsil məktəbinin müvafiq sinfini bitirməsi haqqında qiymət cədvəli

5. Musiqi məktəbində oxuması və ya bitirməsi haqqında sənəd (musiqi məktəbində təhsil almışsa)

6. 3x4 ölçülü fotoşəkil (3 ədəd)

7. Yaşayış yerindən arayış

8. Valideynlərin iş yerindən arayış

Tələb olunan sənədlər müvafiq qovluqda təqdim olunmalidir.

Ünvan: Rəşid Behbudov küç.75, BXA 2-ci mərtəbə, tam orta məktəb korpusu. Tel: 597-51-89.