Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-15 16:48:00
Elm və təhsil naziri bu bölgələrdə vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 24 fevral 2023-cü il tarixində Yevlax şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayon sakinləri iştirak edə bilərlər.
 
 
AzEdu.az xəbər verir ki, adları çəkilən şəhər və rayonların sakinləri 16 fevral 2023-cü il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “Whatsapp” vasitəsilə müraciət göndərmək mümkündür.