Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-15 10:55:00
BDU dosentinin həmmüəllifi olduğu dərslik ABŞ və Böyük Britaniyada nəşr olunub

Bakı Dövlət Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru İbrahimov Əlimusa Gülmusa oğlunun da həmmüəllifi olduğu  “MDB Dövlətlərinin Xarici Siyasəti” (“Foreigm Policies of The CİS States”) dərsliyi Lynne Riener Publishers nəşriyyatı tərəfindən Amerika Birləşmiş Ştatlarında və Böyük Britaniyada kütləvi tirajla nəşr olunub.

AzEdu.az xəbər verir ki. bu dərslik ilk dəfə Rusiyada Xalqlar Dostluğu Universitetinin təşəbbüsü ilə işıq üzü görüb və Rusiyada, eləcə də MDB ölkələrində ictimai və hümanitar elmlər sahəsində təhsil alan tələbə və müəllimlər üçün nəzərdə tutulub.

Dərslikdə Azərbaycan da daxiil olmaqla MDB ölkələrinin xarici siyasəti barədə geniş məlumat verilir. Azərbaycana aid olan fəsil Bakı Dovlət Universitetinin dosenti İbrahimov Əlimusa Gülmusa oğlu tərəfindən hazırlanıb. Dərslik Azərbaycandakı ali məktəblərdə hümanitar və ictimai ixtisaslarda da təhsil tələbələr üçün faydalı dərs vəsaitidir.