Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-13 16:14:00
“Sabahın alimləri” müsabiqəsində YENİLİK

“Sabahın alimləri” XII Respublika müsabiqəsində ümumilikdə 486 layihə qeydiyyatdan keçib. Bunlardan 285-i bütün sənədləri təqdim etsə də, 87 layihə bəzi, 114 layihə isə ümumiyyətlə, sənədləri təqdim etməyib”.

 

AzEdu.az xəbər verir ki, bunu “Sabahın alimləri” XII Respublika müsabiqəsinin açılış mərasimində Təhsil İnstitunun direktoru Rüfət Əzizov deyib:

 

Onun sözlərinə görə, sərgiyə dəvət üzrə ümumi layihə sayı 163 olub:

 

"Layihədə 279 şagird iştirak edib. Fərdi layihə sayı 47, kollektiv layihə sayı isə 116 olub".

 

O bildirib ki, bu il əvvəlki illərdən fərqli olaraq bu il elmi ekspertiza komissiyası təşkil edilib:

 

“Layihələr arasında mühəndislik üzrə olanlar çoxluq təşkil edib. Gender baxımından isə müqayisə etdikdə görürük ki, oğlanlar çoxluq təşkil edib. Bundan başqa, rayonlar üzrə müraciət göstəricilərinə 273 sayla Bakı liderlik edir. Sonrakı yerlərdə 82 müraciət ilə Sumqayıt, 21 müraciət ilə Şirvan gəlir. Bəzən layihə elan olunanda hansısa layihə ilə iştirak edirlər. Lakin bu məsələdə ən azı 1-2 illik əməkdaşlığa ehtiyac var.”

 

Elm və təhsil naziri Emin Əmrullayev isə deyib ki, bu il riyaziyyat, fizika sahəsinə maraq artıb:

 

“Bu çox sevindirici haldır. Şagirdlərin fənn olimpiadalarındakı nəticələri də yaxşıdır. Məktəblərimizin şagirdləri beynəlxalq olimpiadalarda qalib olurlar. Biz çalışmalıyıq ki, növbəti mərhələdə onların ölkədə qalaraq töhfə vermələri üçün yaxşı mühit olsun".

 

Nazir qeyd edib ki, istənilən elmin kökü kiçik yaşlardan qoyulur:

 

“Biz, uşaqlarımızı, gənclərimizi qorxutmamalıyıq ki, elm çətin sahədir. Lakin eyni zamanda onlar bilməlidirlər ki, elm, böyük əmək, əzm tələb edir”.

 

AMEA-nın prezidenti İsa Həbibbəyli deyibki, yeni elmi nəslin hazırlanması həm də elmə yeni ideyaların, fərqli yanaşmaların meydana çıxması deməkdir, əhəmiyyətli məsələdir:

 

O, alimlərimizin gənc yaşlarda uğurlar qazandıqlarını diqqət çəkib və bildirib ki, müstəqillik illərində əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən elmi siyasət tədbirləri şübhəsiz ki, öz töhfəsini verməkdə davam edir:

 

“"Sabahın alimləri" müsabiqəsinin ölkəmizdə 12-ci dəfə keçirilməsi və hər il həm kəmiyyət, həm də keyfiyyət baxımından irəliləyişin olması da bunun bir göstəricisidir”.