Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-09 10:58:00
Kim daha yaxşı öyrədir: gənc, yoxsa yaşlı repetitor?

Repetitor seçməyin nə qədər çətin olduğunu bu problemlə üzləşən valideynlər yaxşı bilr. Buna görə də təcrübəli repetitor seçmək üçün bu sahə ilə tanış olan mütəxəssislərlə yanaşı, konkret olaraq problemlə üzləşən valideynlərlə də məsləhətləşmək vacibdir.



AzEdu.az Təhsil Portalı olaraq ölkəmizdə repeptitorluq, bu sahədə valideynlərin və müəllimlərin rastlaşdıqları problemləri mütəmadi işıqlandırırıq, mövcud problemlərin həlli ilə bağlı müvafiq orqanlar qarşısında məsələlər qaldırırıq.



Bu barədə biz valideynlər arasında da qısa sorğu keçirdik. Repetitor seçimi zamanı imkanı yüksək olan ailələr adətən yaşlı, bu sahədə ciddi təcrübəsi olan və təbii ki, daha yüksək məbləğ qarşılığında dərs deyən müəllimlərə üstünlük verirlər.


Övladlarının repeptitorluqla bağlı xərclərini ödəməkdə çətinlik çəkən aztəminatlı ailələr isə daha ucuz qiymətə dərs öyrədən və gənc repetitorlara üz tuturlar.



Elə repetitor seçimi zamanı valideynləri ən çox maraqlandıran məsələlərdən biri də gənc, yaxud yaşlı pedaqoqlara üstünlük verilməsi problemidir. Təbii ki, bu suala birmənalı cavab vermək mümkün deyil.



Bakı Dövlət Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimovun fikrincə, uzun müddət müəllim peşəsi ilə məşğul olan, orta məktəbdə dərs deyən təcrübəli pedaqoq fundamental elmlər - fizika, kimya, riyaziyyat üzrə daha yaxşı bilik verə bilər.


Repetitor seçimində valideynlər əsasən bu xüsusiyyətləri nəzərə almalıdırlar.


İnformatika, xarici dil və qabiliyyət imtahanları üçünsə gənc repetitor tapmaq daha məqsədəuyğundur.