Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-31 16:39:00
Kənd şagirdləri üçün möhtəşəm və tam fərqli  fürsət - Model peyklərin layihələndirilməsi və qurulması-FOTOLAR

 

“AstaraSAT”-ın dəstəyi ilə  kənd şagirdləri üçün model peyklərin layihələndirilməsi və qurulması üzrə təlimlər keçiriləcək. 

Qeyd edək ki, layihə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrand Müsabiqəsində qalib gəlib və bğlgə məktəblərində bu istiqamətdə zəruri təlimlər keçirilir. 

 

Layhənin məqsədi Azərbaycan Respublikasının  kosmik sənayesinin inkişaf etdirəcək yerli mütəxəssislərin ümumitəhsil müəsisələrində hazırlığına dəstək vermək, kənd şagirdlərinə model peyklərin layihələndirilməsi və qurulması üzrə bilik və bacarıqlar qazandırmaqdır.

 

AzEdu.az xəbər verir ki, bölgə məktəbi üçün unikal sayıla biləcək layihənin  əsas vəzifəsi  şagirdlərə layihələndirmə və planlı işləmə bacarıqlarının öyrədilməsidir. 

 

Həmçinin, layihə çərçivəsində 6-10-cu sinif şagirdlərinə elektronika, mexanika, avtomatika sahələrində nəzəri və praktiki bacarıqlar öyrədiləcək.

 

Şagirdlər layihə sayəsində komanda ilə işləmə bacarıqların öyrədilməsi,  model peykin idarəetmə sistemlərində istifadə olunan elektronik modulların iş prinsiplərinin mənimsənilməsi vərdişlərinə yiyələnəcəklər. 

 

Şagirdlərə mikrokontrollerə yazılmış C++ proqramlaşdırılma dilində olan alqoritm vasitəsilə elektronik modulların idarə edilməsi təlimləri də  tədris olunacaq. 

 

 Layihə sonucunda şagirdlər  Respublikamızın peyk istehsal potensialının yaradılmasına töhfə veriləcək. Şagirdlərin  kosmik texnologiyalar sahəsinə marağının artrılması və gələcəkdə ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etmələri üçün təməl biliklərin yaradılmasına nail olunacaq .Layihə 15 sentyabr 2022-ci il tarixindən 15 fevral 2023-ci il tarixinədək olan müddətdə icra olunacaq. 

 

Qeyd edək ki, lahiyə rəhbəri Astara rayon Ərcivan qəsəbəsi 3 nömrəli məktəbin direktoru Aygün Həmidovadır.