Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-31 16:00:00
"İlin gənc müəllimi -2022” müsabiqəsində ƏN YAXŞI ONLUQ  məlum oldu-SİYAHI

 

 

Müəllimlər arasında təşkil olunan "İlin gənc müəllimi-2022" müsabiqəsində  qısa siyahı –  “ən yaxşı onluq” müəyyən edildi.

 

AzEdu.az xəbər verir ki,  müsabiqə Milli Məclisin Mədəniyyət komitəsi, AzEdu.az Təhsil Portalının birgə təşkilatçılığı ilə təşkil olunur.

 

Müsabiqənin məqsədi motivasiya dolu həyat hekayələri olan, ilhamverən fəaliyyətləri ilə şagirdlərə, müəllim həmkarlarına dəstək olan, müasir dərs metodları ilə keyfiyyətli və yaradıcı təhsil mühiti yaradan, cəmiyyət üçün faydalı işlər görən ən yaxşı gənc müəllimləri ortaya çıxarmaq, onları tanıtmaq və mükafatlandırmaqdır.

 

Beynəlxalq “Global Teacher” müsabiqəsinin şərt və meyarlarını əsas götürən “İlin gənc müəllimi”  3 turda həyata keçirilir. İlkin olaraq birinci mərhələdə iştirakçılar müraciət formunu doldurublar. Hər bir müəllim şəxsən özü  forma daxil olaraq  ona təqdim olunan sualları cavablandırmalıdır.

 

Qeyd edək ki, çoxsaylı müraciətləri nəzərə alaraq 35 yaşa qədər qoyulan limit aradan götürülür, yüksək nəticələri nəzərə alınmaqla bəzi hallarda 39 yaşadək (39 yaş da daxil olmaqla) olan müəllimlərə müsabiqəyə qatılmaq şansı verilib.

 

 Müsabiqədə dövlət orta məktəblərində və özəl orta təhsil müəssisələrində müəllim işləyənlər iştirak edə bilər. Staj məhdudiyyəti tətbiq olunmur.

 

 Beləliklə, münsiflər tərəfindən gərgin rəqabət nəticəsində seçilən ən yaxşı 10 müəllimi təqdim edirik:

 

Qeyd edək ki, sıralama tam şərtidir və TOP-10-luq tezliklə AzEdu Təhsil Portalında səsverməyə çıxarılacaq. Amma bu da hələ son deyil: 100 ballıq qiymətləndirmə şkalasında onlayn səsvermə maksimum 20 bal olaraq dəyərləndiriləcək. Nəticəyə təsir edən böyük göstərici–80 bal isə tamamilə yenilənən münsiflər heyəti tərəfindən müəyyən ediləcək.

 

1.Leyla Camalzadə - Gəncə şəhəri 4 nömrəli tam orta məktəbi;

2.Samirə Əmrahova- Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbi;

3.Səidə Quliyeva- Ucar rayon Alpı  kənd tam orta məktəbi;

4.Ülviyyə Abdulova- Abşeron rayon Məmmədli kənd tam orta məktəbi;

5.Leyla Qarayeva - Lənkəran rayon Jidi kənd ümumi orta məktəbi;

6.Səbinə Əsədova - İmişli rayon 6 saylı orta məktəbi;

7.Səltənət Qurbanova - Göygöl rayon Çaylı kənd tam orta məktəbi;

8.Kazımov Kamil - Lerik rayon Vistən kənd tam orta məktəbi;

9.Orxan Əhmədov- İsmayıllı rayon Talıstan kənd tam orta məktəbi;

10.Şıxıyev Vasif - Şamaxı şəhər 10 nömrəli tam orta məktəbi.