Azedu.az

Türkiyənin təhsil naziri Azərbaycana gəlib

30 Yanvar 2023, 11:08
Türkiyənin təhsil naziri Azərbaycana gəlib

Türkiyənin təhsil naziri Mahmut Özerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

 

AzEdu.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub.

 

Daha sonra Şəhidlər xiyabanı və Türk şəhidliyi ziyarət olunub.

 

M.Özer jurnalistlərə açıqlamasında İrandakı səfirliyimizə hücumu pisləyib.

 

O bildirib ki, səfərin məqsədi Azərbaycanla təhsil sahəsindəki əməkdaşlığı gücləndirməkdir.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox